pic3

Xarici vətəndaşların ABŞ-da əmlak əldə etməkdə məhdudiyyətlər olmasa da, ABŞ-da illik qalma məhdudiyyətləri var. Avropa ölkələrinin əksər vətəndaşlarına ABŞ-da 90 gündən artıq olmayaraq qalma icazəsi var. ABŞ-da müvafiq vəsaitin mövcudluğunun təsdiq edilməsini tələb edən  B2 vizasına malik olan vətəndaşlar ölkədə 90 gündən 6 aya qədər qala bilərlər. Lakin  EB-5  sərmayəçilər (investorlar)  üçün immiqrasiya vizasının proqramı ABŞ-da investisiyanın köməkliyi ilə xarici vətəndaşlara və onların ailə üzvlərinə ABŞ-da daimi yaşamaq hüququnu əldə etmək imkanı verir. 

 

EB proqramının icmalı

 

ABŞ-da minimum 5 il müddətində  minimum 10 Amerika işçiləri (tam iş qrafiki ilə) olan ticarət məssisəsinə minimum 1 milyon ABŞ dolları dəyərində investisiya yatıran və ya investisiya prossesini həyata keçirməkdə olan sərmayəçilər üçün immiqrasiya EB-5 adlı  proqram mövcuddur. Xarici vətəndaşlar “bütövlükdə məşğulluq sahəsinə” minimum 500 000 ABŞ dolları həcmində investisiya yatırımı etməlidirlər.

 

EB-5 vizasının üstünlükləri

 

  • Bir tək investisiya ilə bütün ailə üzvlərinizə daimi yaşamaq hüququ verir
  • Arvad, ər və 21 yaşına qədər, nikahda olmayan uşaqlar yaşıl karta sahib ola bilər
  • ABŞ-nın hər bir nöqtəsinə getməyə imkan yaradıla bilər
  • Vəsait hər hansı bir qanuni xarici və ya Amerikaya məxsus mənbədən köçürülə bilər
  • Hər hansı bir işə çıxmaq və ya biznesə sahib olmaq eləcə də, biznezə başlamaq, hətta pensiyaya çıxmaq imkanı var
  • Vizanı hər hansı bir ölkənin vətəndaşı ala bilər
  • Dili bilməyə heç bir tələb yoxdur
  • Hər hansı bir xüsusi və ya biznes təhsilinə tələb yoxdur
  • ABŞ-nın vətəndaşları istifadə edən üstünlüklərdən siz də bəhrələnə bilərsiniz
  • Dövlət məktəblərində ödənişsiz təhsil almaq imkanı
  • Universitetlərdə Amerika vətəndaşları təhsil haqqını ödədikləri qədər siz də ödəyə bilərsiniz
  • «Medicare» proqramı üzrə tibbi xidmətlərdən 5 ildən sonra istifadə etmək imkanı
  • Uşaqlarınız üçün gələcəkdə işə düzəlmək imkanları yaradılacaq
  • Yaxınlarınızın yaşıl karta sahib olmağına təminat veriləcək
  • 5 il sonra vətəndaşlığı qəbul edə bilərsiniz

 

Pic1

EB-5 vizasını almaq üçün tələb

 

  • 1 milyon ABŞ dolları həcmində şəxsi kapital və ya yüksək illik gəlirə sahib olmaq
  • Minimum 500 000 ABŞ dolları həcmində investisiya yatırımı
  • Tibbi müayinə
  • ABŞ-nın immiqrasiya və naturalizasiya  Xidmətinə rüsumun ödənilməsi (inzibati xərclərə daxildir)
  • Doğum haqqında şəhadətnamə
  • Cinayət məsuliyyətinə cəlb olunmamağınız haqqında arayış
  • Keçmişdə ABŞ-nın immiqrasiya qanunvericiliyinə məxsus qanun pozğuntusunun olmaması
  • Pul vəsaitlərinin mənbəyini təsdiq edən  ətraflı məlumatı olan sənədlər

  

 

Suallar və cavablar

 

EB-5 vizasını almağa kimin hüququ var?

 

İnvestisiya üçün yetəri qədər vəsaiti olan şəxs. Sərmayəçilərin ingilis-dilini bilməyə və müəyyən bilik və təcrübəyə malik olmasına tələb yoxdur. Lakin onların pul vəsaitləri qanunla keçirilməlidir.

 

EB-5 proqramına müraciət edən şəxsə yaşıl kartı (vəsiqəni) almağa nə qədər vaxt tələb olunur ?

 

Adətən EB-5 proqramına müraciət edən şəxsə şərtli yaşıl vəsiqə almağa 1 ildən il yarıma qədər vaxt tələb olunur. İ-526 ərizəsinin təsdiq edilməsi üçün  yarım il vaxt tələb olunur. Əgər müraciət edənlər ABŞ-nın ərazisində yaşayırlarsa, o zaman, həmin şəxslər sənədlərinin  təsdiq edilməsi üçün 6 ay, bəzi hallarda isə daha çox vaxt (məs. yoxlamanı vaxtında bitirmək imkanı olmadığı təqdirdə) gözləməli olacaqlar. ABŞ-nın hüdudlarında yaşayan şəxslər isə ABŞ-nın səfirliyinin konsulluq şöbəsinə müraciət edərək immiqrasiya vizasını ala bilərlər ki, bu da 6 ay müddətində mümkündür. Konsulluq şöbəsindən  immiqrasiya vizasını alan sərmayəçilər və onların ailə üzvləri ABŞ-na gəldikdən bir neçə həftə və ya bir neçə ay sonra şərti yaşıl vəsiqə ala bilərlər.

 

Veksel investisiya qoyuluşu ola bilər?

 

Təminatsız veksel investisiya qoyuluşu ola bilməz. İnvestisiya sırf real pul vəsaitləri ilə reallaşa bilər. Sərmayəçi ona məxsus olan vekselin onun mülkiyyəti ilə təmin olunduğunu nümayiş etdirməlidir və belə veksel müəssisə tərəfindən aksiyaları investisiya kimi almaq üçün istifadə edilir. 

 

Valideynlərimin vəya digər qohumlarımın mənə verdiyi vəsaiti istifadə edərək, EB-5 vizasını ala bilərəm?

 

Bəli, hədiyyə üzrə vergi ödənişi etmək şərtilə mümkündür. Hədiyyə edilən vəsaitin real  olduğunu və hədiyyə edilən pul vəsaitinin yaşıl kartı aldıqdan sonra qaytarmayacağınızı nümayiş etdirdikdən sonra.

 

Ortaq (şərik) hesabda olan pul vəsaitindən istifadə edə bilərəm?

 

İnvestisiya ər və arvadın ortaq hesabda olan pul vəsaitindən daxil ola bilər. Bu digər ailə üzvləri ilə ortaq hesabda olan hallara şamil edilmir.Sərmayəçi əmin olmalıdır ki, vəsaitlər onun (qadın və ya kişi) şəxsi adı ilə daxil olsun.

 

“Şərti” yaşıl vəsiqə nədir?

 

Şərti yaşıl vəsiqə- 2 illik müddəti olan müvəqqəti vəsiqədir.  EB-5 vizasına malik olan sərmayəçi “şərtsiz” yaşıl vəsiqə alana qədər “şərti” vəsiqə alır. Əgər sərmayəçi şərtlərin götürülməsinə dair sənədləri uğurla təqdim edirsə, o və onun ailə üzvləri “daimi yaşıl vəsiqə” almaq imkanına malik olurlar.

 

Prossesi necə başlayım?

 

“ Miami Life, İnk.” ilə elektron Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanı vasitəsilə əlaqə saxlayın.

 

Neçə sənəd lazım olacaq?

 

Pul vəsaitləriniz haqqında yetəri qədər məlumat təqdim etməyiniz vacibdir. ABŞ-nın immiqrasiya və naturalizasiya xidməti müraciətinizin bu hissəsini detallarına qədər yoxlayır

 

EB-5 vizasını bütün vətəndaşlar ala bilərlər?

 

İstisna hallar olmadıqda mümkündür.

 

 

Uşaqların EB-5 vizasına olan statusunun saxlanılmasına aid olan akt istifadə edilirmi?

 

ABŞ-nın immiqrasiya və naturalizasiya xidmətinin müddəalarına müvafiq olaraq, I-526 forması verilən müddətdə, Sizin övladınız nikahda olmamaq şərtilə 21 yaşına qədər olmalıdır.