Müştərilərimizi gündəlik və müstəsna günlər üçün nəzərdə tutulmuş fəaliyyətləri və həyatları ilə bağlı yüksək keyfiyyətli konsyerj xidmətlərini təklif edirik. Bura uşaqlarınızın yay düşərgələrinə və universitetlərə təyin edilməsindən, VİP avtomibillərdən tutmuş yaxtalara qədər təchizatı nəzərdə tutulur.

 

Düşərgələr

 

Summer Camp

Uşaqlarınızın ingilis-dilini öyrənməsi və Amerikanın mədəniyyəti ilə yaxından  tanış olması üçün Sizin seçiminiz ilə  onları hər hansı bir düşərgəyə yazmaq olar. Bura tennis, incəsənət - sənətkarlıq, üzgüçülük və digər düşərgələr daxildir. Təbii ki, Mayaminin bütün düşərgələrində ingilis dilində danışırlar, bu da övladınızın ingilis-dilində sərbəst və maneəsiz danışması üçün şərait yaradacaq.

 

Universitetlər

 

universit

Amerika universitetinin diplomu və yaxud elmi dərəcəni almaq, Sizə nəinki ABŞ-da, hətta xaricdə belə bir çox imkanlar yarada bilər. Elə bu səbəbdən də bir çox tələbələr ABŞ-da təhsil almağa üstünlük verir. Bu uzun sürən prosesdir ki, bura xarici dil kimi İngilis-dili testləri (TOEFL) və (SAT) kollecə daxil olmaq üçün qəbul imtahan testləri kimi bir çox testlərin keçirilməsi, eyni zamanda tələbə vizası almaq daxildir.