Birinci və əsas- beynəlxalq alıcılar üçün hər hansı bir məhdudiyyət və xüsusi şərt mövcud deyil. ABŞ-nın hər hansı bir nöqtəsində əmlak almaq üçün onların da ABŞ-nın vətəndaşları kimi hüquqları və üstünlükləri var (Florida daxil olmaqla).

 

I.  Alış-veriş etmək

 

bigstock-man

Floridada əmlak əldə edərkən siz bir neçə mərhələdən keçməlisiniz:

 

  1. 1.Birincisi, Floridada əmlak əldə edərkən Sizin hüquqşünas, immiqrasiya qanunvericiliyi və vergi nəticələri haqda olan məqamları sizə izah edəcək. Bu mərhələdə Sizin əldə etdiyinizin maliyyələşdirmə metodları haqda fikirləşməyinizə dəyər. Əmlak axtarışlarına keçməzdən öncə, əlinizin altında vəsaitlərin olması son dərəcə vacibdir ki, bu da öz növbəsində nəyə  əmin olcağınıza zəmin yarad bilər.

 

2.Sizə münasib olan əmlakı tapdıqdan sonra, böyük olmayan  1,000 $  məbləğində“təminat depozit”ini saxlamalısınız və bu variantı qeydiyyatdan keçirmək üçün müəyyən edilimiş müqavilə bağlamağınız lazımdır. Əmlakın satışı baş tutmadıqda “təminat depozit”inin qaytarılması haqda müddəanı müqaviləyə daxil etmək son dərəcə vacibdir. 

 

3. Alqı-satqı müqaviləsini bağlamaq. Müəyyən edilimiş müqaviləni imzaladırqdan sonra, Siz Floridada əmlak alqı-satqısı müqaviləsini tamamlıqda imzalamağa keçirsiniz. Bu mərhələdə, xüsusi icraçı-aqentə əmlakın dəyərindən 10% bütöv  depozit ödənilir. Həmçinin sözügedən əmlakla bağlı gələcəkdə hər hansı bir problem yaranarsa, sizə yardımçı ola bilən təminata aid olan müddəalar da müəyyən edilir.

 

4. Mülkiyyət hüququnun yoxlanması üzrə aqentlərin yoxalması- aqentlər mülkiyyət hüququnun dəyişilməsi üzrə bütün əməliyyatları yoxlayacaqlar, eləcə də mülkiyyətin yeni ada keçirilməsi üçün lazımi sənədləri hazırlayıb, mülkiyyətə aid olan hər hansı bir borcun  və problemin olmamasını araşdıracaqlar. Avropada notarusun hazırlaya biləcəyi, villanın və ya əmlakın satışı üzrə lazımi əməliyyatların yerinə yetirilməsi üçün tarixi və digər işləri də yerinə yetirəcəklər. Lakin, ABŞ-nın ipoteka krediti hesabına əmlak əldə edərkən notariusa müraciət edilir.

 

5. Müqavilə. Müqavilə, müəyyən edilmiş bir vaxt ərzində satıcının əmlakı digər ada keçirməyə və alıcının isə lazımi vəsaitlərlə sözügedən əmlakı almağa hazırlaşmasıdır. Alqı-satqı zamanı alıcı bütün üstünə düşən xərcləri ödəyir. Müqavilənin dəyəri bahalı obyektlər üçün 1,000 $-dan on minlərə qədər ola bilər. Mənzillərin əksəriyyəti üçün isə müqavilənin dəyəri  4,000 $ ola bilər. 

 

Yeni mənzili alarkən müqavilənin bağlanması üçün satıcının şəxsi iştirakı elə də vacib deyil. Alıcı özü ABŞ-na müqaviləni bağlamaq üçün gəlmək niyyəti yoxdursa, onun işlərini özünün müəyyən etdiyi nümayəndəsi etibarnamə ilə icra edə bilər. Bu da öz növbəsində geniş yayılmış bir təcrübədir.

 

II. Əmlak xərcləri

 

sharing-vacation

 

Dünyanın hər hansı bir nöqtəsində əmlak əldə etdiyiniz zaman Siz qaçılmaz xərclərlə qarşılaşırsınız və Sizin Floridada olan eviniz-istsna deyil. Floridada əmlak əldə edərkən bir çox xərclərlə, belə ki, hüquqi xərclər, qeydiyyat rüsumları, vergilər və daha başqa ödənişlərlə qarşılaşa bilərsiniz. Alış zamanı bütünxərclərinəzərdənkeçirməlisiniz.

 

1. İlkin xərclər. 

 

Bir çox hallarda bir neçə min dollar dəyərində könüllü depozit, Floridada villanı və ya digər əmlakı ehtiyat kimi saxlamağa və qiymətini müəyyənləşdirməyə yardımçı ola bilər. Daha sonra Siz əmlak alqı-satqı müqaviləsinə imza atırsınız və depozitin 10%-ni  vasitəçi aqentin hesabına oturur. Siz həmçinin əmlak axtarışları zamanı bütün xərcləri, məsələn, alıcı brokerin xidmətlərini ödəməli olacaqsınız.

 

2. Hüquqi xərclər və daşınmaz əmlakı əldə etməyə dair yoxlama. 

 

Floridada əmlak əldə edərkən vəkil tutmağa ehtiyac yoxdur. Həmçinin daşınmaz əmlak-əhəmiyyətli investisiyadır, qanunvericiliyə yaxşı bələd olan və Floridada daşınmaz əmlaka dair əməliyyatları icra edən vəkil tapmaq son dərəcə vacibdir..

 

Vəkilin xidmətlərinə müraciyət etmədiyiniz təqdirdə, daşınmaz əmlakın hüquqlarını yoxlayan şirkətə müraciət etmək məqsədəuyğundur.   Belə şirkətlər satıcının həqiqətən villanın və yaxud digər daşınmaz əmlakın sahibi olduğunu yoxlayır, və 3-cü tərəfin iddiasından sığortalayır.  Alıcı daşınmaz əmlakın müfəttiş kimi tanınan və qiymətləndirmə işlərini aparan şəxslərə ödəniş edir. Əmlak üzrə komissiyasının aqentliyinə alıcı tərəfindən 6% dəyərində ödəniş həyata keçirilir.

 

Bütövlükdə,  Floridada evin alınan dəyərinin 2%-i  hüquqi və sığorta işlərinə xərclənir.   İpoteka ilə alınan əmlakın isə 3%-i inzibati xərclərdir. 

 

3. Vergilər

 

Daşınmaz əmlakın satışı zamanı Floridada vergi 6% dəyərində, bəzi hallarda isə əlavə dəyər vergisi kimi isə 1,5% dəyərində ola bilər. Əmlak sahibləri keçən il ərzində nəzərdə tutulan müntəzəm vergini ödəməlidirlər. Obyektin dəyərində asılı olaraq  əmlak vergisi 1%-dən 3%-ə qədərdir.

 

4. Müqaviləni bağlayarkən sərf edilənn xərclər.

 

Floridada əmlak əldə edərkən digər xərcləri də etmək lazımdır: termitlərin yoxlanması, möhürə diqqət yetirmək, əmlakın addan-ada keçirilməsi və  müqavilənin bitməsi kimi mühüm işlər. Müqavilənin xərcləri əmlakınızın dəyərinə daha 2% əlavə ediləcək.

  

 III.  Yeraltı daşlar

 

housing-market

Floridada  daşınmaz əmlak əldə edərkən, xüsusilə qanunvericiliyə, daşınmaz əmlak üzrə əməliyyatlara və vergi tutumuna diqqət yetirmək lazımdır. Buna görə də ən yaxşısı xarici vətəndaş kimi vəkil ilə işləmək sizə yardımçı ola bilər. Bu sizə həm də immiqrasiya və vergi məsələrində xeyli kömək olar.

 

Xarici vətənaşların ən çox qarşılaşdığı şəxsi məsələlərdən biri əldə etdiyi əmlakı özəlləşdirməkdir. Aydın məsələdir ki, əksər vaxtlarda “öz adına”, lakin ABŞ-da əmlak əldə edərkən bir çox  faktorları nəzərdən keçirmək lazımdır.