Mayamidə biznes yaratmaq üçün bir çox səbəblər var. Otellər, restoranlar və daşınmaz  əmlak tikintisi daxil olmaqla çoxlu sayda investisiya imkanları var. Daimi investisiyaların səbəblərindən biri- xarici investorun (və onun yaxın ailə üzvləri) “EB-5 investisiya vizası” vasitəsilə ABŞ-nın pasportunu ala bilməsidir.

 

Florida  müxtəlif ölçülü biznes üçün bir sıra vergi güzəştlərini təklif edə bilər. Bu da öz növbəsində rahat bir variantdır. Floridada müəssisələrin gəlir vergisi ölkə üzrə aşağı faiz olan 5,5% təşkil edir. Bundan savayı, fiziki şəxslərin gəlirində hər hansı bir yerli və dövlət vergisinin tətbiqi olmadıqda, ümumi əmək xərcləri azalır.

 

Yeni biznes fəaliyyətinə başlamaq yoxsa hazırını almaq.

 

How-to-Keep

Bir qayda olaraq, şirkətin nüfuzunu, ticarətdə olan gəlirini və müştərilərin bazasını nəzərə alaraq, hazır  vəziyyətdə olan biznesin alınması daha məqsədəuyğundur. Cünki belə şirkəti hazır vəziyyətdə almaq heç də asan deyil. Alınmış biznesə başlamaq üçün təcrübəli brokerlər tapmaq lazımdır və onlar Sizin üçün uyğun olan imkanlara yol açacaq, hüquqi kompleks xarakterli ekspertizanı (son 3-5 ildə şirkətin maliyyə imkanları və dolğun şəkildə hüquqi analizlər)  keçirərək sizə yardımçı ola biləcəklər. Belə sərbəst analiz Sizə şirkətin gəlirlərini və bazarda olan mövqeyini qiymətləndirməyə imkan verəcək. 

 

Öz şəxsi biznesinizi başlamaq sizdən çox böyük risk və vaxt tələb edir. Siz ilk növbədə bazarda sizin xidmətlərinizə və mallarınıza təlabatın, rəqiblərinizin olub olması üzrə tədqiqat aparmalı olacaqsınız. Daha sonra yeni hüquqi şəxsin yaradılması, uyğun gələn obyektin seçilməsi, işçilərin tapılması və işə başlamaq kimi biznesin infrastrukturunu yaratmaq lazım olacaq. Xoşbəxtlikdən hal -hazırda Floridada daşınmaz əmlak bazarında qiymət siyasəti ölkənin digər regionları ilə müqayisədə daha məqsədəuyğundur. Burada yerlər yetəri qədərdir, Sizə unikal biznes-ideyası təminatı verir.

 

Franşiza-ən tanınmış variantdır.

 

Fotolia

Franşiza- işgüzar təcrübədir və digər şirkətin biznes-modelini uğurla istifadəsidir. Mövcud orta həcmli  franşizlər, restoranlar, yanacaqdoldurma məntəqələri və avto salonlardır, iri həcmli  franşizlər isə-mehmanxanlar, spa və xəstəxanalardır. Faktiki olaraq ABŞ-da 40%-dən yuxarı pərakəndə alış dükanları franşiza əsaslanaraq işləyirlər.

  

Qeyd etmək lazımdır ki, franşiza xüsusilə xarici investorlar üçün maraqlı bir variant ola bilər. Birincisi, açılışının birinci beş ilində bazarda franşiz digər yeni biznes-proyektləri ilə müqayisədə üç dəfə çox olaraq qalır. Bu da öz növbəsində EB-5 vizası əsasında köçənlər üçün ciddi bir göstəricidir. İkincisi, şirkət sizin seçdiyiniz obyektin inkişafı naminə köməklik göstərəcək. Müştərilərə xidmət göstərmək və idarəçilik prosseslərini izah edərək işçiləri təlimatlandracaq. Bu da franşizin dəyərinə daxil edilir.

 

İnvestisiya və əmlak.

 

Property-Buyers

Əmlak və onun idarə edilməsi Floridaya köçən xarici investorlar arasında get-gedə daha da məşhurlaşır. Bəziləri öz vəsaitlərini qiymətləndirilməmiş və fövqəladə vəziyyətdə olan, hətta dəyərsiz və ipotekada olan əmlaklara sərf edir. Sonra təmir edir, daha sonra satır və ya kirayə verir. Digərləri okeanın sahilində bir neçə mənzil alır, icarəyə verir və əmlakı idarə edir. Hər halda, investisiya və əmlak şübhəsiz ki, gəlirli biznes ola bilər.

 

 

 

 

Sonuncu, lakin mütləq.

 

Accountant Service

Mayamidə sərfəli biznes təşkil etmək üçün, sizə əmlak sahəsində hüquqşünaslar,  mühasiblər, brokerlər və agentlər  kimi peşəkar mütəxəssislər lazım olacaq. ” Miami Life, İnk.” immiqrasiya, korporasiya və vergi hüququ kimi  sahələrdə işləyən ən yaxşı hüquqşünaslarla, eləcə də sizin bütün iş təlabatlarınızı təmin etmək üçün əmlak sahəsində işləyən brokerlərlə də yaxından əməkdaşlıq edir.Məsləhətçi olaraq, Sizin rahatlığınızı təmin etmək üçün əlimizdən gələn bütün fəal işləri həyata keçirməyə hazırıq.Biz Sizi məqsədlərinizə çatdırmaq üçün bir körpü rolunu reallaşdırırıq.